“Xəzər Lənkəran”dan qovulan futbolçu əfsanənin klubunda oynayacaq – FOTO
21.08.2014 - 14:28
“Xəzər Lənkəran”dan qovulan futbolçu əfsanənin klubunda oynayacaq – FOTO

Ötən mövsümün sonunda “Xəzər Lənkəran”ın yollarını ayırdığı Adrian Pit “transfer pəncərəsi”nin sonlarına yaxın özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı sol cinah yarımmüdafiəçisi karyerasını vətənində davam etdirəcək.

 

31 yaşlı futbolçu Yulian Mamele və Adrian Merkuşla birgə Rumıniyanın “Viitorul” klubu ilə müqavilə bağlayıb. Pitin yeni klubunun sahibi isə Rumıniya millisinin və “Qalatasaray”ın əfsanəvi futbolçusu George Hacıdır.

 

Qeyd edək ki, “Roma”nın sabiq futbolçusu “Xəzər Lənkəran”a 2011-ci ildə Kluj “Universitatya”sından gəlmişdi. O, cənublularda olduğu 3 mövsüm ərzində 75 çempionat oyununa çıxıb 9 qol vurmuşdu. 

0