Tahir Gözəl: “Qarabağ”ın qrup mərhələsinə yüksələcəyinə inanıram
21.08.2014 - 23:53
Tahir Gözəl: “Qarabağ”ın qrup mərhələsinə yüksələcəyinə inanıram

“Dünya çempionatının üçüncüsü olan ölkənin klubuna qarşı oynadıq. Komandamın oyunu xoşuma gəldi. Lakin qol vəziyyətlərindən yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Liqasının pley-off mərhələsində “Tvente” (Hollandiya) ilə Bakıda keçirilən oyundan sonra “Qarbağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

 

Klub rəsmisi qolsuz başa çatan oyunu dəyərləndirib. Azarkeşlərə təşəkkür edən Gözəl bildirib ki, ilk qarşılaşmada bacarmadıqlarını  Hollandiyada həyata keçirməlidirlər: “Fikrimcə, “Qarabağ” hər gün özünə və Azərbaycana hörmət, şərəf qazandırır. Matçdan sonra da futbolçulara dedim ki, bu, böyük fürsət idi və iş bitməyib. Səfərdə yekunlaşdırmaq lazımdır. Mən komandamın qrup mərhələsinə yüksələcəyinə inanıram. Bunun üçün cavab görüşündə qələbə qazanmalıyıq. Ölkə xaricində yaşayan bütün azərbaycanlıları həmin oyuna dəvət edirəm və pley-off mərhələsində “Neftçi”yə də uğurlar arzulayıram".

0