[b]Saşa Stamenkoviç: Qolları erkən yox, sonra vursaydıq...[/b]
22.08.2014 - 09:14
[b]Saşa Stamenkoviç: Qolları erkən yox, sonra vursaydıq...[/b]

“Uduzmağımızda iki erkən qolun da rolu oldu. Çox tez arxayınlaşmağımız 3 qol buraxmaqla nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Saşa Stamenkoviç deyib.

 

Serbiyalı qapıçı vətəni Belqradda “Partizan”la keçirilən Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundakı 2:3 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Düşünürəm ki, bu qolları daha tez deyil, sonradan vursaydıq, qalib gələrdik. İndiki “Partizan”ı iki il əvvəl qarşılaşdığımızla müqayisə etmək istəmirəm. Lakin bu komandanın məşqçilərinə, futbolçularına, hamısına təşəkkür edirəm ki, oyunöncəsi təlim-tərbiyə işlər aparıbllar. Bakıdakı cavab oyununda “Partizan”ı məğlub etməliyik. Azərbaycan xalqı bizim tarixi nailiyyətimizi yenidən qrup mərhələsində oynamağımızı görməyə layiqdir. Hesab edirəm ki, bizi qrup mərhələsinə daşıyacaq qələbəni qazana bilərik”.

 

0