Hacıyev “Sivasspor”a qol vurdu, komandasını penaltilərə daşıdı
23.08.2014 - 10:23
Hacıyev “Sivasspor”a qol vurdu, komandasını penaltilərə daşıdı

Sivasda 16-cı dəfə keçirilən “Cümhuriyyət Kuboku”na start verilib. Apasport.az saytının məlumatına görə, turnirin ilk oyununda millimizin üzvlərinin forma geydikləri komandalar üz-üzə gəlib.

 

Belə ki, Cihan Özkaranın forma geydiyi “Sivasspor” Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin oynadığı “Qaziantep BB” ilə qarşılaşıb. Özkaradan başqa, digər futbolçularımız meydanda olub. Budakla Cavadov start heyətində meydana çıxıb. Hacıyev isə 64-cü dəqiqədə Vaqifi əvəzləyib.

 

Elə 83-cü dəqiqədə hesabı 3:3 edən futbolçu da Rəhman olub. O, Muhammed Dəmircinin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalıb və qarşılaşmada son qolu vurub. Hesab bərabər başa çatdığından, oyunsonrası penaltilərə müraciət edilib. Rəhmanla Ufukun iştirak etmədiyi penaltilərdə isə Superliqa təmsilçisinin təcrübəsi özünü göstərib – 4:2.

 

Qeyd edək ki, turnirin digər görüşündə “Mersin İdmanyurdu” “Adana Dəmirspor”u penaltilər seriyasında yenib “Sivasspor”la finalda oynamağa vəsiqə qazanıb. “Qaziantep BB” isə III yer uğrunda mübarizə aparacaq.

0