Ançelotti: Yeni yarımmüdafiəçilər əldə etməyəcəyik
26.08.2014 - 05:45
Ançelotti: Yeni yarımmüdafiəçilər əldə etməyəcəyik

 

“Ral Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının yeni yarımmüdafiəçilər əldə etmək istəmədiyini bildirib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis müydanın mərkəzində oynayacaq futbolçularından razı olduğunu qeyd edib.

 

Ançelotti yeni futbolçuların müxtəlif oyun keyfiyyətlərinə malik olduqlarını vurğulayıb: “Onlar komandaya yeni oyun keyfiyyətləri, ruh yüksəkliyi verirlər. Yarımmüdafiə xəttimiz yaxşı təşkil edilib və yeni futbolçulara ehtiyacımız yoxdur. Orada Xames Rodriqes, İsko, İlyaramendi, Kroos, Modriç və Habi Alonso oynaya bilər”.

 

 

 

0