AFFA “Bakı” və “Simurq”u cəzalandırdı
26.08.2014 - 11:38
AFFA “Bakı” və “Simurq”u cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub.


“Bakı” – “Qəbələ” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən açılmış pankarta görə klub 5000 manat cərimə olunub.

 

“Simurq” – “Xəzər Lənkəran” oyununda yaşananlar isə meydan sahiblərinə baha başa gəlib. Meydan sahiblərinin futbolçusu Draqan Çeran 4 oyunluq cəzalandırılıb. 90+2-ci dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan legioner klubunu 4000 manat ziyana salıb. Oyunun 90+3-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün meydan sahibləri daha 2000 manat ödəyəcək.

 

0