“Real”ın əjdahalı qara forması – FOTOSESSİYA
26.08.2014 - 20:53
“Real”ın əjdahalı qara forması – FOTOSESSİYA

 

“Real Madrid” futbol klubu 2014/2015-ci illər mövsümü üçün üçüncü formasını nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, yeni formanı Qaret Beyl, Marselo, Toni Kroos, Xames Rodriqes və İker Kasilyas göstərib.

 

Yeni forma qara rəngdədir, qolunda isə ağ xətlər var. Formanın əsas fərqli cəhəti onun üzərində iki əjdaha şəklinin olmasıdır.

 

Gormanı məşhur yapon dizayneri Yodji Yamamoto hazırlayıb.

 

 

0