Di Maria rəsmən “Mançester Yunayted”də
26.08.2014 - 23:05
Di Maria rəsmən “Mançester Yunayted”də

 

Argentina millisinin yarımmüdafiəçisi Anxel di Maria “Mançester Yunayted”lə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə ingilis klubunun rəsmi saytında bildirilir.

 

Futbolçu İngiltərə futbolu üçün rekord sayılan 59,7 milyon funt (75 milyon avro) müqabilində “Real”dan “Mançester Yunayted”ə keçib. Onun klubla müqaviləsi 5 il üçün nəzərdə tutulub.

 

Di Maria “MY”ya keçidindən xoşbəxt olduğunu bildirib: “Mən İspaniyada yaxşı vaxt keçirdim. Orada mənimlə əməkdaşlıq etmək istəyən xeyli klub var idi. Amma “Yunayted” yeganə komandadır ki, ona görə “Real”ı tərk etdim”.

0