“Real”ın yeni hədəfi
27.08.2014 - 04:55
“Real”ın yeni hədəfi

 

“Real Madrid” futbol klubu növbəti mövsüm üçün əsas hədəfini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, kral klubu Çempionlar Liqasını dalbadal iki dəfə qazanan klub olmaq istəyir.

 

“Real”ın kapitanı İker Kasilyas komandanın yeni formasının təqdim edilməsi mərasimi zamanı hədəflərini açıqlayıb: “Çempional Liqasında iki dəfə dalbadal qalib gəlmək çətin məsələdir. Bunu hələ heç bir klub bacarmayıb. Amma biz bunu bacarmaq istəyirik. Çox gözəl heyətimiz var və yeni transferlərimiz komandanı daha da gücləndirib. Çempionlar Liqasında 11-ci dəfə qalib gəlmək arzusundayıq”.

 

Xabi Alonso da turnirdə 10-cu dəfə qalib gəlmək üçün uzun illər mübarizə apardıqlarını vurğulayıb: “Hədəfimiz yenidən turnirdə qalib gəlməkdir. İndiyə kimi heç bir klubun bunu dalbadal edə bilməməsinin səbəbi var. Amma biz qazanmaq üçün yola çıxırıq”.

 

 

0