Nikola Qulan: “Neftçi”yə qarşı 5 dəqiqə oynasam da olar
27.08.2014 - 11:34
Nikola Qulan: “Neftçi”yə qarşı 5 dəqiqə oynasam da olar

“İlk dəfə “Malyorka”ya getməyə hazırlaşdığımı sizdən eşidirəm. Ancaq bu yaxşıdır. Çünki deməli, mənə maraq var”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın futbolçusu Nikola Qulan deyib.

 

“Partizan”ın sol cinah oyunçusu Nikola Qulanı İspaniyanın “Malyorka” klubunun istədiyi deyilir. Ancaq futbolçu bunu təkzib edib.

 

O, sabahkı Avroliqanın pley-off mərhələsinin cavab oyununa kökləndiyini bildirib: “Hazırda “Neftçi” ilə revanş matçına köklənmişəm və heç kimlə komandadan getməyimlə bağlı danışmamışam. Mən kifayət qədər oynamıram. Ancaq bizdə çox sayda oyunçu var və kimə şans verməyə baş məşqçi qərar verir. Ən əsası, Avroliqanın qrup mərhələsinə iddiamızı davam etdirməyimizdir. Mən 5 dəqiqə oynasam da olar”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” görüşü saat 21:00-da başlayacaq.

0