[b]Karlos Kardoso: Hələ Avroliqanın qrup mərhələsində oynamamışam[/b]
27.08.2014 - 19:34
[b]Karlos Kardoso: Hələ Avroliqanın qrup mərhələsində oynamamışam[/b]



“Sabah çox vacib oyuna çıxacağıq. Bu, təkcə klub üçün yox, şəxsən futbolçular üçün də böyük matçdır”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin müdafiəçisi Karlos Kardoso deyib.

Braziliyalı mərkəz müdafiəçisi qarşılaşma haqqında fikirlərini bildirərkən “Neftçi” ilə ilk dəfə Avroliqanın qrup turnirində oynamaq istədiyini söyləyib: “Hələ Avroliqanın qrup mərhələsində oynamamışam. Ona görə də, orda oynamağa böyük istəyim var. “Neftçi”nin qrupda oynamaq şansı var. Gərək emosiyalara yol verməyək. Avtoqola şərh vermək çətindir. Bir avtoqol vurmaq dünya futbolunda normal haldır. Ancaq öz qapına 2 qol vurmaq sürpriz kimi qiymətləndirilə bilər. Müdafiəçilərimiz əslində həmin matçda yaxşı oynamışdı. Sadəcə bəxt bizim tərəfimizdə olmadı”.

 

 

0