“Atletiko” ikinci dviziona göndərilə bilər
27.08.2014 - 22:29
“Atletiko” ikinci dviziona göndərilə bilər

 

“Atletiko Madrid” futbol klubu maliyyə qaydalarını pozduğu üçün ciddi cəzalandırıla bilər. Apasport.az saytının məlumatına görə, Dieqo Kosta, Felipe Luis və daha bir neçə futbolçunu satmasına baxmayaraq, “Atletiko” bir neçə böyük transfer həyata keçirərək, xərc limitini aşıb.

 

İspaniya çempionu transferlərə, məvaciblərə və vergilərə 80 milyon avro (gəlirin 70 faizi) xərcləyə bilər. Buna görə də, komanda yay transfer müddəti başa çatana kimi bir neçə futbolçusu ilə vidalaşmalıdır. Əsasən Tobi Alderveyreldin və Emiliano İnsuanın gedəcəyi gözlənilir. Bundan əlavə, Kristian Rodriqesin də komandanı tərk edəcəyi istisna olunmur.

 

“Atletiko” maliyyə məsələlərini həll etməsə, Dieqo Simeonenin komandası ikinci diviziona göndərilə bilər. Hələlik komanda yeni transferlər həyata keçirə də bilmir.

 

 

0