“Tvente"nin kapitanı: Bu, çox acınacaqlıdır
29.08.2014 - 09:43
“Tvente"nin kapitanı: Bu, çox acınacaqlıdır

“Biz matçın ilk hissəsində yaxşı oynadıq. Cütün taleyini görüşün bu bölümündə həll etmək imkanlarımız da oldu. Lakin bu baş vermədi və nəticədə rəqib mərhələ adladı”. Apasport.az saytının məlumatına görə, bunu “Tvente”nin futbolçusu Andreas Byelland deyib.

 

Hollandiya təmsilçisinin kapitanı Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyununa münasibət bildirib. Byelland bildirib ki, səfərdə 0:0 hesablı heç-heçədən sonra mərhələ adlamaq şanları yüksək qiymətləndirilsə də, Ağdam klubu Enshededə arzularını puç edib: “1:0 hesabı ilə öndə olduğumuz matçda üstünlüyümüzü əldən verdik. Buraxılan qoldan sonra isə bizim üçün çox çətin oldu. Çünki mütləq qol vurmalı idik. Oyuna nəzarət etsək də, qol epizodları yarada bilmədik. Mübarizəni dayandırmağımız çox acınacaqlıdır. Bu dərsdən nəticə çıxarmalıyıq”.

 

Qeyd edək ki, “Qarabağ” cavab matçında 1:1 hesablı heç-heçəyə nail olaraq, səfər qolu sayəsində qrup mərhələsinə yüksəlib.

0