[b]“Qarabağ”: Musayevlə başladı, Muaremlə çatdı[/b]
29.08.2014 - 12:41
[b]“Qarabağ”: Musayevlə başladı, Muaremlə çatdı[/b]

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda vurulan qol “Qarabağ” üçün tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, Hollandiyada “Tvente”nin qapısına bərabərlik qolu (1:1) vuran makedoniyalı Muarem Muaremin klubun tarixinə düşüb.

 

Belə ki, bu qol “Qarabağ”ın avrokuboklarda vurduğu 50-ci qol olub. Bu top həm də Avropa Liqası (əvvəlki UEFA kubokunda) turnirində 40-cı olub. Digər 10 qoldan 7-si Çempionlar Liqası, 1-i Kuboklar kuboku, 2-si İntertoto kubokunda vurulub.

 

Kuboklar kubokundakı yeganə qol ilk kimi də tarixdə qalıb. 1996-cı il avqustun 22-də Finlandiyada “MüPA”nın qapısına vurulan qol “Qarabağ”ın avrokuboklardakı 1-ci qolu idi. Bəxtiyar Musayevin vurduğu həmin qoldan 18 il sonra ağdamlılar 50-yə Muaremlə çatıb.

 

Qeyd edək ki, 50 qolun müəllifləri arasında rekordçu 7 dəfə rəqib qapılarına tol tapan Reynaldodur.

0