[b]Rusiyanın millimiz üçün yekun heyəti dəqiqləşdi[/b]
29.08.2014 - 13:27
[b]Rusiyanın millimiz üçün yekun heyəti dəqiqləşdi[/b]

Rusiya yığmasının yekun siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fabio Kapello sentyabrın 3-də millimizlə yoldaşlıq və həmin ayın 8-də Lixtenşteynlə seçmə mərhələ oyunu üçün 25 futbolçuya dəvət göndərib.

 

Əvvəl çağırılan 32 nəfərlik heyətdən 7 futbolçu kənarda qalıb. Bunlar müdafiəçilər - Aleksey Berezutski (MOİK), Andrey Yeşçenko (“Kuban”), Yevgeni Makeyev (“Spartak”), yarımmüdafiəçilər - Yuri Qazinski (“Krasnodar”), Kirill Pançenko (MOİK),

Pavel Moqilevets (“Rubin”) və Dmitri Tarasovdur (“Lokomotiv”). İtaliyalı baş məşqçi yalnız qapı və hücum xəttində ixtisar etməyə lüzum görməyib.

 

Qapıçılar: İqor Akinfeyev (MOİK), Yuri Lodıqin (“Zenit”), Artyom Rebrov (“Spartak”);

 

Müdafiəçilər: Vasili Berezutski, Sergey İqnaşeviç, Kirill Nababkin (hər üçü MOİK), Vladimir Qranat (“Dinamo”), Dmitri Kombarov, Sergey Parşivlyuk (hər ikisi “Spartak”), Andrey Semyonov (“Terek”), İqor Smolnikov (“Zenit”);

 

Yarımmüdafiəçilər: Denis Qluşakov (“Spartak”), İqor Denisov (“Dinamo”), Alan Dzaqoyev (MOİK), Məhəmməd Ozdoyev (“Rubin”), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi “Zenit”);

 

Hücumçular: Artyom Dzyuba (“Spartak”), Aleksey İonov, Aleksandr Kokorin (hər ikisi “Dinamo”), Maksim Kanunnikov (“Rubin”), Aleksandr Kerjakov (“Zenit”), Dmitri Poloz (“Rostov”), Aleksandr Səmədov (“Lokomotiv”), Denis Çerışev (“Vilyarreal”, İspaniya).

 

Qeyd edək ki, “Arena Ximki”də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək.

0