Van Qalın 3 illik çempionluq planı
30.08.2014 - 03:56
Van Qalın 3 illik çempionluq planı

 

“Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal 3 il ərzində İngiltərə çempionatında Çempionlar Liqasında qalib gəlməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.

 

Xatırladaq ki, “qırmızı şeytanlar” bu həftə İngiltərə Liqası Kuboku çərçivəsində üçüncü divizionda çıxış edən “MK Dons” klubuna 4:1 hesabı ilə məğlub olublar. Mankunianlılar İngiltərə çempionatının 2 turundan sonra 1 xal toplayıblar.

 

Van Qal bu mövsüm ilk dördlükdə yer alacaqlarına ümid etdiyini vurğulayıb: “Çünki “MY” kimi klub Çempionlar Liqasında oynamalıdır. Növbəti addım Premyer Liqada, sonra isə Çempionlar Liqasında qələbədir. Mən Hollandiya millisinə rəhbərlik etməyə başlayanda heç kim bizim dünya çempionatında qələbə uğrunda mübarizə aparacağımıza inanmırdı. Sonra hamı qrupdan çıxmayacağımızı deyirdi. Sonda isə növbəti oyundaca uduzacağımızı söyləməyə başladılar”.

 

 

0