AZAL-dan ilk qələbə, "Sumqayıt" liderliyə yüksəldi
30.08.2014 - 20:58
AZAL-dan ilk qələbə, "Sumqayıt" liderliyə yüksəldi

Topaz Premyer Liqasında bu gün IV turun daha 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki oyun bölgələrdə baş tutub.

 

İlk öncə meydana “Qəbələ” və AZAL çıxıb. Dorinel Muntyanunun yetirmələri bu matçadək qələbəyə həsrət qalan rəqiblə matçda zirvəni ələ keçirmək imkanına malik olub.  Lakin meydana 3 xal üçün çıxan “qırmızı-qaralar” bakılılar önündə aciz qalıb – 1:2.

 

“Sumqayıt” isə öz meydanında qazandığı qələbə ilə liderliyə yüksəlib. Aqil Məmmədovun yetirmələri debütant “Araz-Naxçıvan”ı 1 qolla məyus edib.

 

Topaz Premyer Liqası

IV tur

30 avqust

“Qəbələ” – AZAL - 1:2

QOLLAR: Cavid Hüseynov, 83-p - Rəşad Abdullayev, 45+1-p., Kərim Diniyev, 68

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Ramil Əhmədov

Qəbələ. Şəhər stadionu

 

“Sumqayıt” – “Araz-Naxçıvan” - 1:0

QOL: Kiyan Sultanpur, 23

Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov

Sumqayıt. “Kapital Bank Arena” 

 

Qeyd edək ki, sabah turun daha 2 oyunu keçiriləcək. “Qarabağ” “Bakı” ilə, “Neftçi” isə “Simurq”la qarşılaşacaq.

 

 Klublar

O

Q

H

M

T-F

X

1

 Sumqayıt

4

3

0

1

6-5

9

2

 İnter

4

2

1

1

9-2

7

3

 Simurq

2

2

0

0

4-0

6

4

 Qəbələ

4

2

0

2

4-6

6

5

 AZAL

3

1

1

1

3-4

4

6

 Xəzər L

4

1

1

2

2-4

4

7

 Araz

3

1

0

2

3-2

3

8

 Neftçi

3

1

0

1

1-3

3

9

 Qarabağ

2

0

1

1

0-3

1

10

 Bakı

2

0

0

2

0-3

0

Bombardir: Mikel Alvaro (“İnter”) - 4

 

0