İtaliya yığmasının heyəti açıqlandı
01.09.2014 - 18:05
İtaliya yığmasının heyəti açıqlandı

Avro-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının heyəti açıqlanıb. Apasport.az xəbər verir ki, sentyabrın 4-də Hollandiya ilə yoldaşlıq, 5 gün sonra Avropa çempionatının seçmə mərhələsinin ilk matçında Norveçlə qarşılaşacaq italiyalıların çalışdırıcısı Antonio Konte heyətə 27 futbolçu dəvət edib.

 

Maraqlı məqam ondan ibarətdir ki, gənc mütəxəssis keçən həftə “Milan”dan “Liverpul”a transfer olunan və “Skuadra Adzura”nın  əsas üzvlərindən sayılan Mario Balotellini heyətə çağırmayıb. Əvəzində “Milan”ın gənc üzvü Stefan Əl Şaravi millinin formasının geyinəcək.

 

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Daniele Padelli (“Torino”), Mattia Perin (“Cenoa”), Salvatore Siriqu (PSJ, Fransa)

 

Müdafiəçilər: Davide Astori (“Roma”), Leonardo Bonuççi (“Yuventus”), Corcio Kyellini (“Yuventus”), Qabriel Paletta (“Parma”), Andrea Ranokkya (“İnter”)

 

Yarımmüdafiəçilər: Antonio Kandreva (“Latsio”), Matteo Darmian (“Torino”), Daniel De Rossi (“Roma”), Mattia De Şilo (“Milan”), Alessandor Florensi (“Roma”), Emanuel Cakkerini (“Sanderlend”, İngiltərə), Kristian Maco (“Napoli”), Kladuio Markizio (“Yuventus”), Marko Parolo (“Latsio”), Manuel Paskal (“Fiorentina”), Andrea Poli (“Milan”), Marko Verratti (PSJ, Fransa)

 

Hücumçular: Mattia Destro (“Roma”), Stefan Əl Şəravi (“Milan”), Sebastyan Covinko (“Yuventus”), Çiro İmmobile (“Borrusiya Dortmund”, Almaniya), Pablo Oslvaldo (“İnter”), Simone Zaza (“Sassuolo”)

 

 

0