"Beşiktaş" argentinalı futbolçu ilə gücləndi
01.09.2014 - 23:07
"Beşiktaş" argentinalı futbolçu ilə gücləndi

Bu mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək "Beşiktaş" növbəti transferini rəsimləşdirib. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Joze Ernesto Sosa ilə razılığa gəliblər.

 

“Qara-qartalar” Xarkov “Metallist”ində forma geyinən argentinalı yarımmüdafiəçini bir illik müddətinə komandaya cəlb ediblər. İstanbul təmsilçisinin heyətində çıxış edəcək Sosanın icarə haqqının qiyməti 1 milyon 400 min avro göstərilir.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Madrid "Atletiko"sunda keçirən Soso İspaniya klubunda yalnız 15 oyunda meydana çıxmağa şans əldə edib.

0