Bolqarıstan millisində 4 zədəli
02.09.2014 - 08:26
Bolqarıstan millisində 4 zədəli

Sentyabrın 9-da Azərbaycan millisi ilə qarşılaşacaq Bolqarıstan yığması bakıdakı qarşılaşmaya itkilərlə gələcək. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın ilk seçmə oyununun hazırlıqlarına start verən balkanlılar 4 oyunçunun xidmətindən tam yararlanmaya bilər. Onlardan biri artıq yığmanın düşərgəsini tərk edibsə, digərlərinin durumuna tam aydınlıq gəlməyib.

 

Belə ki, 25 nəfərlik siyahıda yer alan İvan İvanov, Yordan Minev, Vladislav Stoyanov və Emil Qarqorov zədədən əziyyət çəkir. Bunu yığmanın həkimi Biser Boçev açıqlayıb. Mütəxəssis zədəlilərin durumuna da aydınlıq gətirib: “İvanı İsveçrəyə göndərdik. Onun müalicəsini çıxış etdiyi “Bazel”in həkimləri ilə müzakirə etmişik. Minev köhnə zədəsindən əziyyət çəkir. Onu təkrar müayinə edib. Yekun qərarımızı verəcəyik. Stoyanov dizində ağrılar hiss edir. Onun müalicəsi ilə ciddi məşğul oluruq və ümid edirik ki, qapıçı Azərbaycanla oyuna hazır olacaq. Qarqorov isə Çin çempionatındakı son oyununda əzələsini dartıb. Onun tam bərpa olunması ilə məşğuluq”

0