[b]“Dalğa Arena”da qisas anı[/b]
02.09.2014 - 13:27
[b]“Dalğa Arena”da qisas anı[/b]

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı 8-ci qrupda iki qarşılaşma baş tutacaq.

 

Bernard Lippertin yetirmələri son ev oyununa çıxacaq. Millimiz qrupda 2-ci pillədə qərarlaşan İsraili sınağa çəkəcək.

 

Yığmamız səfərdə aldığı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İsraildən 2:7 hesablı məğlubiyyətlə qayıdan komandamız darmadağının qisasını almasa da, heç olmasa 1 xal almaq üçün mübarizə aparacaq.

 

Çünki sonuncu pillədən qurtulmaq iddiasında olan yığmamız üçün istənilən xal çox dəyərlidir. Son turda qrupun aşkar lideri Portuqaliyanın qonağı olacaq millimiz hesabındakı xalların sayını “Dalğa Arena”da artırmalıdır.

 

Qeyd edək ki, sentyabrın 4-də qrupumuzda daha bir oyun keçiriləcək. Norveç millisi Portuqaliyanı qəbul edəcək.


Avropa çempionatının seçmə oyunu

8-ci qrup

3 sentyabr

19:00. Azərbaycan – İsrail

Hakimlər: Andris Treymanis, Aleksey Spasionikov, Raymonds Tatriks, Vitali Spasionnikov (hamısı Latviya)

Hakim-inspektor: Konrad Plautz (Avstriya)

UEFA nümayəndəsi: Volf Günter Vizel (Almaniya)

Bakı. “Dalğa Arena” stadionu

 

Yer

Komandalar

O

Q

H

M

T/F

Xal

1

Portuqaliya

6

0

0

17-4

18 

2

İsrail

6

4

0

2

20-11

12

3

Norveç 

7

3

0

4

10-17

9

4

Makedoniya

7

1

1

5

3-11

4

5

Azərbaycan

6

1

1

4

5-12

4

 

 

 

0