İki futbolçu yığmadan kənarlaşdırıldı
02.09.2014 - 16:09
İki futbolçu yığmadan kənarlaşdırıldı

Sentyabrın 3-də İsrail, sentyabrın 9-da isə Portuqaliya yığması ilə Avropa çempionatının seçmə oyununu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iki futbolçu komandadan kənarlaşdırılıb.

 

Bunlar Hacı Əhmədov (“Qarabağ”) və Orxan Sadıqlıdır (“Xəzər Lənkəran”). Belə ki, hər iki oyunçu zədəli olduğu üçün oyunlarda iştirak etməyəcək. Əvəzində "Qarabağ" qapıçısı Ağaseyid Qasımov yığmaya dəvət olunub.

 

Mənbə: affa.az

0