Millimiz Danimarkaya böyükhesabla uduzdu - YENİLƏNİB
15.09.2014 - 20:00
Millimiz Danimarkaya böyükhesabla uduzdu - YENİLƏNİB

19 yaşadək qızlardan ibarət millilər arasında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin II qrupunda bu gün II tura start verilib. Apasport.az saytının məlumatına görə, öncə “Bayıl Arena”ya Kipr və Ukrayna yığmaları ayaq basıb.

 

Görüşdə ilk turda yığma komandamızı minimal hesabla (1:0) məğlub edən ukraynalı qızlar qalib gəlib.

 

Daha sonra millimiz Danimarka ilə görüşüb. I turda uğursuz çıxış edən Patrisiya Qonsalesin yetirmələri növbəti mərhələyə çıxmaq üçün qələbə qazanmağa borclu idi. Lakin qızlarımız bu dəfə də məyus olub. Komandamız 3:0 hesabı ilə uduzub.

 

AÇ-2015-in seçmə mərhələsi

II qrup

15 sentyabr

Kipr – Ukrayna - 1:3

Hakim: İvana Vlaiç (Bosniya və Herseqovina)

Bakı. Bayıl stadionu

 

Danimarka - AZƏRBAYCAN - 3:0

Hakim: Dezire Qrundbaxer (İsveçrə)

Bakı. Bayıl stadionu

0