Madriddə şou, İstanbulda heç-heçə
17.09.2014 - 00:38
Madriddə şou, İstanbulda heç-heçə

Bu gün Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Apaspot.az saytının məlumatına görə, qitənin 32 ən güclü komandası ilk oyunlarını keçirib.

 

İki gün davam edəcək qarşılaşmaların ilk oyunlarda isə azarkeşlər yalnız 16 matç izləyə bilib.

 

Bu görüşlərdən ən maraqlısı D qrupunda baş tutub. Burada qardaş ölkə Türkiyənin “Qalatasaray” klubu doğma publika önündə Belçika “Anderlext”ini qonaq edib. “Cim-Bom” start oyunda qələbə qazana bilməyib. Hesabda geri olan istanbullular əlavə edilmiş 1-ci dəqiqədə məğlubiyyətdən xilas olub - 1:1..

 

Bu qrupun əsas favoritləri Dortmund “Borussiya”sı ilə İngiltərə “Arsenal”ı Almaniyada münasibətlərinə aydınlıq gətirib. Görüşdə ev sahibləri rəqibinə heç bir şans verməyib. Hər hissədə bir dəfə "topçular"ı cəzalandıran Jurgen Klopun yetirmələri 3 xal qazanmağı bacarıb.

 

Gecənin ən bol qollu oyunu isə Madriddə baş tutub. "Bazeli" qəbul edən "Real" rəqibi meydana çıxmağa peşman edib - 5:1.

 

Digər matçlarda isə “Olimpiakos” “Atletiko”nu 3:2, “Yuventus” “Malmö”nü 2:0, “Liverpul” “Ludoqorets”i 2:1,  “Zenit" “Benfika” 2:0 və "Monako” "Bayer”i 1:0 hesabı ilə üstələyib.

 

 

Çempionlar Liqası

I tur

16 sentyabr

A qrupu

“Olimpiakos” (Yunanıstan) – “Atletiko” (İspaniya) - 3:2

Qollar: Masuaku, 13, Afellay, 31, Mitroğlu, 73 - Mandzukiç, 38, Qriezmann, 87

 

“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) - 2:0

Qollar: Teves, 59; 90

 

B qrupu

“Real” (İspaniya) – “Bazel” (İsveçrə) - 5:1

Qollar: Suki, 14-avtoqol, Beyl, 30, Ronaldo, 31, Xames, 37, Benzema, 80 - Qonzales, 38

 

“Liverpul” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) - 2:1

Qollar: Balotelli, 82, Cerrard, 90+3 - Abalo, 90+1

 

 

C qrupu

“Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) - 0:2

Qollar: Hulk, 5, Vitsel, 22

 

“Monako” (Fransa) – Bayer” (Almaniya) - 1:0

Qol: Moutino, 61

 

 

D qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə) - 2:0

Qollar: İmmobile, 45, Aubameyanq, 48

 

“Qalatasaray” (Türkiyə) – “Anderlext” (Belçika) - 1:1

Qollar: Burak, 90+1Praet, 53

 

0