Amerikalı məşqçi Azərbaycan çempionlarını İtaliyaya aparır
16.09.2014 - 11:31
Amerikalı məşqçi Azərbaycan çempionlarını İtaliyaya aparır

Qadın voleybolçulardan ibarət ABŞ millisinin yekun heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Karç Kirali dünya çempionatı üçün müəyyənləşdirdiyi “14-lük”də Azərbaycan Super Liqasından 3 oyunçu yer alacaq.

 

Təcrübəli mütəxəssis sentyabrın 23-də İtaliyada start götürəcək yarışda “Rabitə” ilə Azərbaycan çempionları olan Foluke Akinradevo, Toni Dikson və Kayla Banvarta (yeni mövsümdə icarə əsasında “İqtisadçı”da oynayacaq) güvənəcəyini açıqlayıb.  

 

ABŞ millisinin heyəti:

Toppaylayıcılar: Alişa Qlass, Kourtni Tompson

Hücumçular: Yordan Larson-Burbaç, Kristin Hildebrand, Kelsi Robinson, Kim Hill Kelli Murfi, Nikol Fausett

Blokçular: Foluke Akinradevo, Krista Harmotto Dyetzen, Tori Dikson, Rayçel Adams

Liberolar: Nicol Davis, Kayla Banvart

 

Qeyd edək ki, ABŞ millisi Meksika, Qazaxıstan, Hollandiya, Tailand və Rusiya ilə birgə A qrupunda yer alıb.

0