“Real”, “Barselona” və klublarımız
17.09.2014 - 08:15
“Real”, “Barselona” və klublarımız

İspaniyanın “Real” klubu avrokuboklarda vurulan qolların sayını 1000-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi bunu bacaran ilk komanda kimi tarixə düşüb.

 

“Kral klubu”nun avrokuboklardakı 1000-ci qolunun müəllifi Kərim Benzema olub. Çempionlar Liqasının qrup mərhələsinin I turunun “Bazel”lə oyununda (5:1) komandasının 5-ci qolunu vuran fransalı yubiley topuna sevinib.

 

“Real”ın ən yazın izləyicisi “Barselona”nın hesabında 980 qol var. Ən çox qol sevinci yaşayan Azərbaycan klubu “Qarabağ” 50 dəfə fərqlənib. Ümumilikdə isə bütün klublarımız birlikdə 179 qol vurub.

 

Qeyd edək ki, “Real” həm də 1991-ci ildən yeni ad və formatda keçirilən Çempionlar Liqasında 201-ci oyunu keçirib. Bu da yeni Avropa rekordudur. Bunadək həm madridlilərlə “Barselona”, həm də İngiltərə “Mançester Yunayted”inin hesabında 200 matç var idi.

0