“Biz hər şeyi edəcəyik ki, Bakıda qələbə qazanaq”
17.09.2014 - 19:15
“Biz hər şeyi edəcəyik ki, Bakıda qələbə qazanaq”

“Fikirləşirəm ki, “Qarabağ” yaxşı koamndadır”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in futbolçusu Jeremi Kleman deyib.

 

O, sabah Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la ilk oyunuöncəsi fikirlərini bildirib: “Bəli, belə bir açıqlama vermişdim ki, bu komandanı tanımıram. Amma videogörüntüləri izlədikdən sonra belə qənaətə gəldim ki, rəqibimiz çox güclüdür. Çox şadam ki, “Sent-Etyen”lə Avroliqada çıxış edəcəyəm. Bundan zövq alacağam. Biz hər şeyi edəcəyik ki, Bakıda qələbə qazanaq. Hər şey yaxşıdır. Qaldığımız otel çox rahatdır”.

0