"Dnepr"in futbolçusu dogma şəhərlərində oynamadıqlarına təəssüflənir
17.09.2014 - 22:09
"Dnepr"in futbolçusu dogma şəhərlərində oynamadıqlarına təəssüflənir

“Bəli, biz hücümda oynamağı sevirik, amma “İnter” kimi belə komandaya qarşı heç kim tamamilə irəli qaçmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr"in futbolçusu Andrey Fedeskiy deyib.

 

O, sabah Avropa Liqasının qrup mərhələsində Kiyevdə “İnter”lə oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Fedeskiy Dnepropetrovskda oynamadıqlarına təssüflənir: “İtaliyan klubu çox güclüdür. Rəqibin üstünlüyünü dəfət etmək gərəkdir. Xüsusi ilə Osvaldoya diqqət ayırmaq lazımdır. “İnter” son ölkə çempionatında iki nəfərə rəqib qapılarından 5 top keçirdi. Onlar çox ciddi kollektivdir. Təəssüf ki, biz dogma şəhərimizdə oynamırıq. Əgər matç Dnepropetrovskda olsaydı, tribunalar tamamilə dolmuş olardı. Bu da bizim üçün tək minusdur”.

 

Qeyd edək ki, "Dnepr" - "İnter" matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlacaq.

0