“Azərbaycanla oyun yalnız ziyanla nəticələndi”
18.09.2014 - 11:12
“Azərbaycanla oyun yalnız ziyanla nəticələndi”

Sentyabrın 3-də Azərbaycan millisi ilə keçirilən yoldaşlıq oyunu Rusiya yığmasının ziyanına olub. Apasport.az saytının məlumatına görə, bunu şimallıların yoldaşlıq oyunlarını təşkil edən “Telesport” şirkətinin rəhbəri Pyotr Makarenko deyib.

 

O bildirib ki, yoldaşlıq oyunlarının yalnız 30 faizi gəlir gətirir: “Yoldaşlıq oyunlarının 70 faizi ziyanla nəticələnir. Yalnız 30 faizindən isə qazanc əldə olunur. 2013-cü ildə Braziliya ilə yoldaşlıq oyunu maddi baxımdan müsbət tarixdir. Onadək Uruqvay və Argentina ilə oyunlar da xeyirli olmuşdu. Cəmi 3500 tamaşaçının gəldiyi Azərbaycanla bu yaxınlardakı qarşılaşma isə yalnız ziyanla nəticələndi”.

 

Qeyd edək ki, Rusiya – Azərbaycan qarşılaşmasında meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.

0