Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək
18.09.2014 - 18:53
Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək

Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək.

 

Qalib şəhərlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə elan olunacaq.

 

Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Futbol veteranıv və İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, İqor Ponomaryov, AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin sədri, Milli Məclisin deputatı Muxtar Babayev, baş katib, Baku-2020 İşçi Qrupun sədri Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın baş sponsoru olan SOCAR-ın nümayəndəsi Zaur Qəhrəmanov, AFFA-nın Beynəlxalq Əlaqələr Departmenti, Baku-2020 sifariş komitəsinin koordinatoru Könul Mehtiyeva, U-17 və U-19 yığmamızın üzvləri Əminə Heydərova ilə Nigar Cəlilli təmsil edəcək. 

 

affa.az

0