“Xəzər Lənkəran” darmadağın etdi, “Sumqayıt” xal itirdi
19.09.2014 - 18:56
“Xəzər Lənkəran” darmadağın etdi, “Sumqayıt” xal itirdi

Topaz Premyer Liqasında mübarizə aparan komandaların əvəzedici heyətlərinin yarışında VI turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Sumqayıt” evdə AZAL-ı sınağa çəkib.

 

Görüşdə qapılara 2 qol vurulub. Hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb – 1:1.

 

“Xəzər Lənkəran” isə “Araz Naxçıvan”I darmadağın edib. Cənub klubu naxçıvanlıların qapısından 4 cavabsız top keçirib.

 

Qeyd edək ki, ötən gün “İnter” “Bakı”nı 2:1 hesabı ilə məğlub edib.

 

Əvəzedicilərin çempionatı

VI tur

19 sentyabr

“Sumqayıt” -  AZAL – 1:1

Qollar: Fərid Quliyev, 25 - Nihad Əmirli, 45+1

 

“Xəzər Lənkəran” - “Araz Naxçıvan” – 4:0

Qollar: Bəhruz Teymurov, 34, Kazım Kazımlı, 51; 66, Kamran Abdullazadə, 77

0