Birinci divizionda III tura yekun vuruldu
19.09.2014 - 19:23
Birinci divizionda III tura yekun vuruldu

Bu gün Azərbaycan I divizionunun 3-cü turuna yekun vurulub. Keçirilən 4 oyunda aşağıdakı nəticələr qeydə alınıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, son matç günündə 4 qarşılaşma baş tutub.

 

“Zirə” dogma azarkeşləri önündə “Göyəzən”i qəbul edib. Matçda meydan sahibləri rəqibini darmadağın edib – 5:0.

 

“Bakılı” - “Energetik” oyunu da məhsuldar keçib. Ev sahibləri qonaqları 7:1 hesabı ilə məğlub edib.

 

“Mil – Muğan” “Turan T”ni minimal üstünlüklə üstələyib. “Şəmkir - “Şahdağ” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.

 

I Divizion

I tur

19 sentyabr

“Zirə” - “Göyəzən” – 5:0

Fərid Bağırov, 15, Aslan Hüseynov, 19-pen, 90, Tural Adıgözəlov, 74, Vüqar Əsgərov 86-pen

 

“Şəmkir - “Şahdağ” – 1:1

Elsəvər Əliyev, 90 - Tərlan Salmanov, 79

 

“Mil – Muğan” - “Turan T” – 1:0

Sabir Allahquliyev, 49

 

“Bakılı” - “Energetik” – 7:1

Rəhman Musayev, 8; 12; 17; 24, Ramil Əliyev, 29; 82, Elçin Məsiyev, 88 - Leysan Qocayev, 59

0