[b]Berti Foqts: Milli uduzanda, azarkeşlər məşqçini başa düşmürlər[/b]
20.09.2014 - 11:08
[b]Berti Foqts: Milli uduzanda, azarkeşlər məşqçini başa düşmürlər[/b]

“Biz çətin qrupa düşmüşük. İtaliya və Xorvatiya kimi millilərə qarşı oynayacağıq. Hər iki komanda qrupumuzun favoritləridi”. Apasport.az xəbər verir ki, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə qarşılaşacaq millimizin almaniyalı çalışdırıcısı həmin qarşılaşmalardan danışıb: “Qarşılaşacağımız hər iki komanda son dünya çempionatının final mərhələsində mübarizə aparıb. Təbii ki, burada heç kəsə Avropa çempionatına getmək üçün havayı bilet vermirlər. Biz də komanda olaraq, inkişaf mərhələsindəyik. DÇ-2014-ün seçmə mərhələsində cəmi iki komandaya uduzduq. İki dəfə Portuqaliyaya, 1 dəfə Rusiyaya məğlub olduq. Bu, bizim üçün yaxşı nəticə idi”.

 

Foqts Azərbaycanda futboldan çox şahmatın inkişaf etdiyini bildirib: “Bilirsiz, bu ölkədə futbolu çox sevirlər. Amma milli baxımlı oyun göstərib heç-heçə edəndə və ya uduzanda, azarkeşlər məşqçini başa düşmürlər. Qələbə qazananda, komanda qalib gələndə futbol ölkəsi olurlar. Əslində, bu ölkədə futbola yüksək pullar yatırılır. Yaxın illərdə Azərbaycan futbol sahəsində önəmli ölkələrdən biri olacaq. Amma belə baxsaq, şahmat daha çox inkişaf edib”. 

0