Futbolçularımız heyətdən kənarda qaldı
20.09.2014 - 22:18
Futbolçularımız heyətdən kənarda qaldı

Türkiyə PTT I Liqasında III turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu dəfə azərbaycanlı futbolçuların komandası üz-üzə gəlib.

 

Belə ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq futbolçusu Timur Temeltaşın formasını geyindiyi "Altınordu" dogma meydanda yığmamızın sabiq üzvü Rail Məlikovun klubu “Dənizlispor”la qarşılşaıb.

 

Görüşdə qalib müəyyənləşmətib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, bu görüşdə həm Timur, həm də Rail “18-liy”ə daxil edilməyib.  

0