[b]“Karlsrue” Nazarovsuz 3-cü pilləyə yüksəldi[/b]
21.09.2014 - 18:25
[b]“Karlsrue” Nazarovsuz 3-cü pilləyə yüksəldi[/b]

Millimizin hücumçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Karlsrue” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, II Bundesliqanın VI turu çərçivəsində təmsilçimizin komandası “Nurnberq”lə qarşılşaıb.

 

Görüş 3:0 hesabı ilə “Karlsrue”nin xeyrinə başa çatıb. Ötən tur “Bohum”la (1:1) səfər oyununda meydana fasilədə daxil olan Nazarov bu dəfə matçı ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, çempionatda hələ yenilgi üzü görməyən “Karlsrue” xalını 12-yə çıxarıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. 

0