“Futbolçular meydançada çox çalışdılar”
21.09.2014 - 19:30
“Futbolçular meydançada çox çalışdılar”

“İlk növbədə bütün futbolçularımı yaxşı oyun münasibəti ilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanuya məxsusdur.

 

“Qəbələ” bu gün Topaz Premyer Liqasının VI turunda evdə “Neftçi” ilə qarşılaşıb. Görüş 0:0 heç-heçə ilə başa çatıb.

 

Qarşılaşmadan sonra rumıniyalı mütəxəssis Bakı klubu ilə bərabərə qalmalarına şərh verib: “Futbolçular meydançada çox çalışdılar. Etiraf etməliyəm ki, “Neftçi” çox güclü komandadır. Rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçuları çoxdur. Amma hesab edirəm ki, biz bu oyunda iki xal itirdik”. (pfl)

0