[b]Mövlud Ərdinç: “Qarabağ”la oyunda top buraxmamağımız bizi ümidləndirir[/b]
22.09.2014 - 09:09
[b]Mövlud Ərdinç: “Qarabağ”la oyunda top buraxmamağımız bizi ümidləndirir[/b]

“Baş məşqçinin təlimatlarına diqqətlə qulaq asırıq. O, daha çox müdafiədə diqqətli olmağımızı tapşırır”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Sent-Etyen” klubunun hücumçusu Mövlud Ərdinç deyib.

 

“Qarabağ”ın Avroliqadakı rəqiblərindən olan “Sent-Etyen” Fransa çempionatının VI turunda növbəti qələbəsini qazanıb. Sent-Etyen təmsilçisi Hafiz Məmmədovun sahibi olduğu “Lans”a 1:0 qalib gəlib.  

 

Türkiyə yığmasının da üzvü olan Ərdinç isə son vaxtlar qol vura bilməməyi haqqında danışıb: “Kan”, “Qarabağ” və “Lans”la oyunlarda qapımızdan top buraxmadıq. Bu, bizi gələcəyə dair ümidləndirir. Komandada özümü yaxşı hiss edirəm. Qol vura bilməməyim məni narahat etmir. Qarşıda hələ çox oyun var. Ona görə də özümü həqiqətən sakit hiss edirəm”.

 

Qeyd edək ki, “Qarabağ”la oyunda olduğu kimi, “Lans”la matçda da Ərdinç start heyətində yer alsa da, qol vura bilmədiyi üçün sonradan əvəzlənib.

0