Junior Nildo mövqeyini yaxşılaşdırır
22.09.2014 - 11:53
Junior Nildo mövqeyini yaxşılaşdırır

“İnter”in braziliyalı futbolçusu Junior Nildo Topaz Premyer Liqasında 30-cu qolunu vurub. Apasport.az saytının məlumatına görə, “Bakı” ilə VI turun oyununda (7:0) dubla imza atan cənubi amerikalı əvvəl 30-cu, ardınca 31-ci qolunu aktivinə yazdırıb.

 

Nildo Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 16-cı legioner kimi tarixə düşüb. Bu siyahıya isə hesabında 72 qol olan gürcüstanlı Badri Kvaratsxeliya başçılıq edir.

 

Cənubi amerikalı 30-u 3-cü mövsümündə, 3-cü klubla arxada qoyub. 2012/13 mövsümündə AZAL-da 21, 2013/14 mövsümündə “Xəzər Lənkəran”da 8 dəfə fərqlənən Nildo yeni klubunda qol hesabını açmaqla ən məhsuldar əcnəbilər siyahısında mövqeyini yaxşılaşdırıb.

 

O, həm də Azərbaycan çempionatında 3 və daha çox komanda ilə qol sevinci yaşayan 22-ci legionerdi. Bu göstəricidə rekord 5 klubda fərqlənən Anatoli Doroşla Tagim Novruzova məxsusdu. Ümumilikdə isə hamıdan çox – 10 komandanın heyətində qol vurmağı Kənan Kərimov bacarıb.

0