Dominikalı hücumçu Bakı klubundan rəsmən getdi
22.09.2014 - 12:35
Dominikalı hücumçu Bakı klubundan rəsmən getdi

Dominikan millisinin voleybolçusu Anneris Varqasın yeni mövsümü Azərbaycanda oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirəcək.

 

Varqas İtaliya çempionu “Pyaçentsa” ilə danışıqları müsbət yekunlaşdıraraq, 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, saytımız hələ 2013/2014 mövsümü bitdikdən sonra Bakı klununun baş məşqçi Ancelo Vercesi ilə yanaşı, legionerlər - braziliyalı Fernanda İsis, italiyalı Çyara di Yulio, almaniyalı Marqareta Kozuxla Lisa Tomsen və dominikalı Varqasla yollarını ayıracağını yazmışdı. 

0