“Xəzər Lənkəran”la oyunda aldığı zədə heyətə düşməsinə mane olur - FOTO
22.09.2014 - 17:53
“Xəzər Lənkəran”la oyunda aldığı zədə heyətə düşməsinə mane olur - FOTO

Millimizin sabiq müdafiəçisi Rail Məlikovun yeni klubu olan “Dənizlispor”da heyətə düşə bilməməsinin səbəbinə aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu ayağındakı zədəsindən əziyyət çəkir.

 

Futbolçu avqustun 7-də sabiq klubu “Dənizlispor”la 1 illik müqavilə bağlasa da, son 2 turda “18-liy”ə daxil edilmir. Bunun səbəbi isə ötən ilin avqustun 31-də “Qəbələ”nin “Xəzər Lənkəran”la oyununda Railin ayağından ciddi zədələnməsidir. Həmin vaxt 4-5 aylığa kollektivdən ayrı düşən Məlikov bir də bu ilin martın 19-da ölkə kubokunda 1/4 finalın cavab matçı olan “Qarabağ”la görüşdə (2:1) meydana çıxmışdı. Rail indi məhz həmin zədəsini Türkiyədəki məşqlər zamanı yeniləyib.

 

Qeyd edək ki, “Dənizlispor” Türkiyənin I dəstəsində uduzmayan 5 komandadan biridir. “Xoruzlar” 1 qələbə və 2 heç-heçə ilə turnir cədvəlinin V pilləsində qərarlaşıb. Rail Məlikovun sabah Türkiyə kubokunda “Sebat Proje Trabzon Akçaabat”a qarşı oynayacağı gözlənilir.

0