“Mançester Yunayted”in sabiq futbolçusu Bakı səfərindən danışdı - MÜSAHİBƏ
23.09.2014 - 14:13
“Mançester Yunayted”in sabiq futbolçusu Bakı səfərindən danışdı - MÜSAHİBƏ

“Mançester Yunayted” və “Arsenal”ın sabiq futbolçusu Mikael Silvestrenin iştirakı ilə bu gün “Bayıl Arena”da mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu öncə tədbir haqqında fikirlərini bildirib.


- Bura gəlməyə şadam. AFFA ilə “Mançester Yunayted” arasındakı bu əməkdaşlıq çox əlamətdar hadisələrdən biridi. Azərbaycan getdikcə inkişaf edir və bu inkişafda Mançesterə yollanacaq uşaqlar böyük rol oynayacaq. Eşitmişəm ki, bu uşaqların çox böyük istedadı var və mən bunu məşqlər zamanı görmək istəyirəm.

- “Mançester Yunayted”in uğursuzluğunun səbəbini nədə görürsüz?
- Mövsümə uğursuz start verdik. Uğursuzluq bir qədər zamanla bağlıdır. Bunun tədricən düzələcəyinə inanıram.

- Bakını bəyəndiniz?
- Dünən gecə Bakıya gəlmişəm. Qaranlıq idi. Amma böyük binaların ucaldığını görmək mümkün idi. Gələrkən yeni tikilən stadionunuzu da gördüm. Təəssüf ki, Bakını yaxşı gəzə bilmək imkanım hələ olmayıb.

- “Arsenal”da da çıxış etmisiniz. Vaxtilə “Arsenal”ın sabiq əfsanələrindən biri də burda məşqçilik karyerası yaşayıb. Onun kim olduğunu bilirsiz?
- Çox təəssüf ki, bu haqda məlumatım yoxdur.

- Toni Adamsı nəzərdə tuturuq.
- Görünür, o qısa müddət burda çalışıb deyə xəbərim yoxdur.

- Yox, o hazırda da “Qəbələ”də klub prezidentinin müşaviri vəzifəsində çalışır.
- Açığı, bunu bilmirdim.

0