“Qaltye “Qarabağ”la oyundan sonrakı tənqiddən nəticə çıxarıb” - FOTO
23.09.2014 - 15:21
“Qaltye “Qarabağ”la oyundan sonrakı tənqiddən nəticə çıxarıb” - FOTO

“Sent-Etyen” “Lans”a qarşı yaxşı oyun göstərdi. Mən bu komandadan razı qaldım”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen”in sabiq baş məşqçisi Rober Erben deyib.

 

Avroliqanın qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan Fransa təmsilçisinin keçmiş çalışdırıcısı komandanın baş məşqçisi Kristof Qaltyenin tənqiddən nəticə çıxardığını bildirib: “Komandamız “Qarabağ”a qarşı çox pis oynadı. Bundan sonra Kristof Qaltyeni tənqid etdim.  Sağ olsun ki, bunlardan nəticə çıxarıb. “Lans”a qarşı tamam başqa bir futbol oynadıq və nəticəsini də gördük. Məncə, Qaltye Avroliqada da belə davam etməlidir. Bu ona çox kömək edəcək. Mən “Qarabağ”la qarşılaşmadan öncə demişdim ki, Azərbaycan klubu sürpriz rəqib olacaq. Gördük ki, onlar bizi 90 dəqiqə qapımıza sığışdırdılar. Qaltye müdafiə taktikasından əl çəkməsə, bundan sonra da yaxşı nəticə olmayacaq. Bir az hücumda oynamaq lazımdır”.

 

 

0