[b]Superliqa: 2 matçda 2 qol - YENİLƏNİB[/b]
29.09.2014 - 23:20
[b]Superliqa: 2 matçda 2 qol - YENİLƏNİB[/b]

Türkiyə Superliqasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk mat günündə “Türk Telekom Arena”da “Qalatasaray” “Sivasspor”la qarşılaşıb.

 

Superliqanın son 2 və Çempionlar Liqasının son matçında qələbə qazana bilməməklə istefası gündəmə gələn Çezare Prandelli bir qədər rahat nəfəs almaq imkanı əldə edib. Çünki “Qalatasaray” çempionatda qələbə üzünə həsrət qalan “Sivasspor”u məğlub edib. Bu matçda millimizin hücumçusu Cihan Özkara ehtiyatda qalıb. “Qalatasaray” bu qələbə ilə IV pilləyə yüksəlib.

 

Turun ötən gün keçirilən 2 görüşündə isə “Trabzonspor”la “Beşiktaş”  xal itirib. Qara dəniz təmsilçisi "Kasımpaşa"nın, İstanbul nəhəngi isə "Əskişəhərspor"un müqavimətini qıra bilməyib - 1:1.

 

“Fənərbaxça” isə lider “Akhisar B"nin qonağı olub. Qarşılaşmada meydan sahibləri yunanıstanlı hücumçu Gekasın 22 və 48-ci dəqiqələrdə vurduğu qolları sayəsində 2:0 hesabkl qələbə qazanıb.

 

Tura isə “Karabükspor” – “Mersin İdmanyurdu”, “Qaziantepspor” – “Başakşəhər” matçı ilə yekun vurulub. Birincilərin görüşündə sevinən tərəf qonaqlar olubsa, iknicilərin görüşündə qalib müəyyənləşməyib.

 

Türkiyə Superliqası

IV tur

26 sentyabr

“Qalatasaray” – “Sivasspor” – 2:1

Qollar: Şecu, 19; Burak, 32-pen. – Krisantus, 70

 

27 sentyabr

“Trabzonspor” – “Kasımpaşa” - 1:1

Qollar: Ərdoğan, 16 - Skarione, 85

 

“Beşiktaş” – “Əskişəhərspor” - 1:1

Qol: Şahan, 21

 

28 sentyabr

“Rizəspor” – “Bursaspor” - 0:1

Qol: Belluşi, 23

 

“Gənclərbirliyi” – “Balıkəsirspor” - 3:1

Qollar: Tosun, 33; 75, Cifci, 77 - Yıldırım, 57

 

“Konyaspor” – “Ərciyəsspor” - 1:1

Qollar: Marika, 45-pen - Atəş, 58

 

“Akhisar" B – “Fənərbaxça” - 2:0

Qollar: Gekas, 22; 48

 

29 sentyabr

“Karabükspor” – “Mersin İdmanyurdu” - 0:2

Qollar: Sadiku, 30, Özaslan, 72

 

“Qaziantepspor” – “Başakşəhər” - 0:0

 

 

1.

Akhisar B

4

3

1

0

8:4

10

2.

Beşiktaş

4

2

2

0

4:2

8

3.

Gənclərbirliyi

4

2

1

1

7:4

7

4.

Mersin İY

4

2

1

1

6:3

7

5.

Qalatasaray

4

2

1

1

4:3

7

6.

Fənərbaxça

4

2

1

1

4:4

7

7.

Kasımpaşa

4

1

3

0

6:5

6

8.

Bursaspor

4

2

0

2

3:4

6

9.

Konyaspor

4

1

2

1

4:3

5

10.

Qaziantepspor

4

1

2

1

4:4

5

11.

Əskişəhərspor

4

1

2

1

3:4

5

12.

Trabzonspor

4

0

4

0

2:2

4

13.

Başakşəhər

4

0

4

0

2:2

4

14.

Ərciyəsspor

4

0

3

1

4:5

3

15.

Balıkəsirspor

4

1

0

3

4:7

3

16.

Sivasspor

4

0

2

2

4:6

2

17.

Rizəspor

4

0

2

2

2:5

2

18.

Karabükspor

4

0

1

3

3:7

1

0