Arsen Venger “Qalatasaray”la oyundan danışdı
30.09.2014 - 21:11
Arsen Venger “Qalatasaray”la oyundan danışdı

“Bu görüşdə güclü mübarizə aparıb, öz şanslarımızı reallaşdırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib.

 

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin II turuna start verilib. İngilərə təmsilçisi “Arsenal” səfərdə “Qalatasaray”ın qonağı olacaq.

 

Fransalı mütəxəssis oyunöncəsi mətbuat konfransı keçirib: “Bizə qarşı rəqibin basqıları olacaq. Əgər rəqib sənə qarşı basqı edirsə, onda sən qapında qol görəcəksən. Bunun qarşılığında sən də layiqli cavab verməlisən ki, istəyinə nail olasan. Belə amillər həmişə çox  təhlükəlidir”.

0