Bakıda keçirilən Qran-Pri canlı yayımlanacaq
30.09.2014 - 23:40
Bakıda keçirilən Qran-Pri canlı yayımlanacaq

Bu gün Bakıda start götürəcək şahmat üzrə Qran-Prinin üçüncü mövsümünün partiyaları baku2014.fide.com vasitəsilə canlı yayımlanacaq. Turnirin mətbuat xidmətindən apasport.az-a verilən məlumatına görə, artıq ingilis dilində partiyaları kimlərin şərh edəcəyi dəqiqləşib.

 

Bunlar ukraynalı qrossmeyster Yevgeniy Miroşniçenko və Avropa Çempionu, qrossmeyster Emil Sutovskidir.

 

Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək.

 

Qeyd edək ki, oktyabrın 6-sı və 10-u turnirdə istirahət günü olacaq. 11 turdan ibarət yarışa oktyabrın 14-də yekun vurulacaq.

0