[b]Messi Ronaldoya çatdı[/b]
01.10.2014 - 01:20
[b]Messi Ronaldoya çatdı[/b]

Çempionlar Liqasının qrup mərhələsinin II turunda PSJ ilə görüşdə fərqlənən Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının hücumçusu Kataloniya klubunun 3:2 hesabı ilə uduzduğu görüşdə matçın 12-ci dəqiqəsində meydan sahiblərini cəzalandırıb.

 

“Barsa”nın oyunda bərabərlik (1:1) topunu vuran Messi ÇL-də qollarını sayını 68-ə çatdırıb. Həmçinin Lionel bu qolların sayəsində kataloniyalıların əzəli rəqibi “Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldoya da çatmış olub.

 

Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox fərqlənən oyunçu “Real”ın sabiq hücumçusu Raul Qonzalesdir. Veteran futbolçu rəqib qapılarından 71 top keçirb. Messi və Ronaldonun Raula çatması üçün isə 3 qolu lazımdır.

 

0