Azərbaycanla oyun üçün debütant
01.10.2014 - 08:34
Azərbaycanla oyun üçün debütant

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya yığmasına debütant çağırıla bilər. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Sauthempton” klubunda çıxış edən Qratsian Pellenin “Skuadra Adzurra”ya dəvət ediləcəyi gözlənilir.

 

İtaliya mətbuatı 29 yaşlı hücumçunun oktyabrın 10-da Malta, 3 gün sonra Azərbaycanla qarşılaşacaq yığmada olacağını iddia edir. İndiyədək ölkəsinin əsas komandasına çağırılmayan forvard əvvəllər U-20 və U-21-də çıxış edib.

 

Həmkarlarımızın ehtimallarına görə, Mario Ballotelli və Andrea Pirlonun komandaya dəvəti hələ də sual altındadır. Sonuncu zədədən sonra tam bərpa olunmayıbsa, Mario indiki baş məşqçi Antonio Kontenin çalışdırıcılığı vaxtında milliyə çağırlmayıb.

0