“Neftçi”də ukraynalı qapıçı - FOTO
01.10.2014 - 10:44
“Neftçi”də ukraynalı qapıçı - FOTO

“Neftçi” ukraynalı qapıçını heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, bu, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Maksim Vaylodur.

 

19 yaşlı qapıçı 2008/09-dan ötən mövsümədək Kiyev "Dinamo"sunun heyətində olub. Qapıçı karyerası ərzində "Vorskla"da da çıxış edib.

 

Qeyd edək ki, Maksim Vaylo ilk dəfə İsrail və Portuqaliya ilə seçmə oyunlar öncəsi milliləşdirilib. Ona digər ukraynalı qapıçı Andrey Popoviçin zədəli olması üzündən milli pasport verilib. Gənc qapıçı sözügedən matçlarda ehtiyatda qalmışdı.

0