[b]“La Qazzetta dello Sport”a Azərbaycana qalib gəlməyin yollarını açıqladı[/b] - FOTO
01.10.2014 - 11:27
[b]“La Qazzetta dello Sport”a Azərbaycana qalib gəlməyin yollarını açıqladı[/b] - FOTO

İtaliya millisinin voleybolçusu Nadya Sentoni Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın şərəfini qoruyan 33 yaşlı orta sahə oyunçusu dünya çempionatının II mərhələsində yığmamızla mübarizənin gərgin alınacağını bildirib.

 

Hazırda qrup lideri olan mundialın ev sahibləri çempionluğu hədəfləyiblər. Sentoni Dünyanın nüfuzlu nəşrlərindən olan məşhur “La Qazzetta dello Sport”a bildirib ki, bunun üçün Azərbaycana qalib gəlib, ikinci mərhələyə də uğurla başlamalıdırlar: “Artıq bu mərhələdə səhv etmək olmaz. Çünki komandalar özlərini toparlayıb, daha bir pillə irəli getmək istəyəcəklər. Azərbaycan yığması ilə görüş də bu baxımdan çətin olacaq. Onların heyətində Polina Rəhimova hücumda çox güclüdür. Rəqibin oyun üslubunu və kimi necə bağlamaq lazım olduğunu artıq bilirik”.

 

Qeyd edək ki, Baridə keçiriləcək matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0