“Lokomotiv”in uğursuz transferi müqaviləyə imza atdı - FOTO
01.10.2014 - 15:27
“Lokomotiv”in uğursuz transferi müqaviləyə imza atdı - FOTO

Ötən mövsüm “Lokomotiv”in uğursuzluğunda “pay” sahibi olan Ana Qrbaç yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı xorvatiyalı toppaylayıcı “Volero” ilə danışıqları rəsmiləşdirib.

 

O, 1 illik müqaviləyə imza ataraq, İsveçrə klubunda Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovaya komanda yoldaşı olub.

 

Qeyd edək ki, 2012/2013 mövsümündə “Azərreyl”ə gələn və buradan qovulan Qrbaç ötən il “Lokomotiv”ə keçmişdi. O, “dəmiryolçular”ın uğursuz transferlərindən hesab olunurdu.

0